×
A
A
A
Sazlamalar

Ramil Şeydayev bombardir oldu, “Qarabağ” “Neftçi”yə çatdı

Bakı, 29 may, AZƏRTAC

Azərbaycan Premyer Liqasında 2022-2023-cü il mövsümünün bombardiri bəlli olub. Bu mükafata “Qarabağ”ın futbolçusu Ramil Şeydayev yiyələnib.
AZƏRTAC Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, 27 yaşlı hücumçu mövsümdə 22 qol vurub.
O, ilk dəfə Premyer Liqanın bombardiri mükafatını qazanıb. “Qarabağ”ın tarixində səkkizinci dəfə futbolçusu Azərbaycan çempionatlarının ən məhsuldar oyunçusu olub. Ağdam təmsilçisi bununla da ölkə rekordunu təkrarlayıb. “Neftçi”nin də üzvləri 8 bombardirlik yaşayıb. Amma Bakı klubunun üzvləri 7 fərqli mövsümdə bunu bacarıb. “Qarabağ”ın futbolçuları isə 8 mövsümdə bombardir adına sahib çıxıb.

İdman 2023-05-29 05:10:00