×
A
A
A
Sazlamalar

Qanunsuz balıq ovlayanlar cəzalandırılıblar

Bakı, 25 may, AZƏRTAC

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Xaçmaz və Şabran rayonları akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı balıq ovlayan şəxslərin Xaçmaz rayon sakinləri Elşad Əzizov, Güloğlan Baxışov, Şabran şəhər sakinləri Ədalət Fərzəliyev, Qafqaz Quliyev olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Ekologiya 2023-05-25 11:07:00