×
A
A
A
Sazlamalar

Cari ilin yanvar-aprel aylarında dəmir yolu nəqliyyatından istifadə artıb

Bakı, 18 may, AZƏRTAC
Dəmir yolu nəqliyyatı ilə 2023-cü ilin yanvar-aprel aylarında 5,9 milyon ton yük, 2077,4 min sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2022-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 9,4 faiz, sərnişin daşınmasında isə 54,8 faiz artım müşahidə olunub. Qeyd olunub ki, orta hesabla sutkada 437 vaqon yüklənib, 417 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 22,2 min ton, Qərb istiqaməti üzrə 3,0 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.

Nəqliyyat 2023-05-18 16:07:00