×
A
A
A
Sazlamalar

Azərbaycan HDQ-nin hərbi qulluqçuları “Kurtaran – 2023” təlimində iştirak edib

Bakı, 12 may, AZƏRTAC

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbi qulluqçuları Aralıq dənizinin şərqində keçirilən “Kurtaran – 2023” sualtı axtarış və xilasetmə təlimində iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimin planına əsasən batmış sualtı qayığın robotlar vasitəsilə axtarışı, vəziyyətinin qiymətləndirilməsi, eyni zamanda heyətin xilas edilməsi, dalğıclar vasitəsilə onlara qida və tibbi ləvazimatların ötürülməsi üzrə tapşırıqlar icra olunub.
Qeyd edək ki, beynəlxalq təlimdə 17 ölkədən 37 nümayəndə iştirak edib.

Ordu 2023-05-12 11:06:00