×
A
A
A
Sazlamalar

Fernando Alonso Qran-Pridə qələbə qazanacağı halda Formula 1 rekordunu qıracaq

Bakı, 11 may, AZƏRTAC

“Aston Martin” komandasının ispaniyalı pilotu Fernando Alonso Formula 1 çempionatında unikal nailiyyət əldə edə bilər.
AZƏRTAC xəbər verir ki, bundan ötrü o, Qran-Pridə qələbə qazanmalıdır. Uğur qazanacağı təqdirdə o, iki qələbə arasında fasilə üzrə rekordlar seriyasının müəllifi olacaq.
Hazırda bu rekord italiyalı Rikkardo Patrezeyə məxsusdur. Onun iki qələbəsi arasında 6 il və 210 gün fərq var (1983-cü ildə Cənubi Afrika Qran-Prisi və 1990-cı ildə San-Marino Qran-Prisi). Fernando sonuncu dəfə 10 il bundan əvvəl - 2013-cü ildə İspaniya Qran-Prisində qələbə qazanıb.
Hazırda Alonso pilotların ümumi hesabında üçüncü yer tutur. Onun aktivində 75 xal var. Formula 1 çempionatının növbəti mərhələsi - Emiliya-Romanya Qran-Prisi 19-21 may tarixlərində keçiriləcək.

Formula-1 2023-05-11 23:00:00