×
A
A
A
Sazlamalar

Muğanlı-İsmayıllı-Qəbələ yolunda götürülməsinə zərurət yaranan ağacların əvəzinə daha çox ağac əkiləcək

Bakı, 11 may, AZƏRTAC

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda yaşıllıq zonasına düşən və götürülməsinə zərurət yaranan ağacların əvəzinə daha çox ağac əkiləcək.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun dörd zolağa genişləndirilməsi layihəsinin ətraf mühitə təsirinin qiymətləndirilməsi ilə bağlı ictimai dinləmə zamanı “Gidrotransproyekt” Elmi-Tədqiqat Mərkəzinin direktoru, “Evroskom” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Natiq Əliyev deyib.
O bildirib ki, yolun genişləndirilməsi zamanı yaşıllıq zonada olan ağaclar sayılıb və onlardan köçürülə bilməyənlərin kompensasiya edilməsi üçün birmənalı olaraq daha çox ağac əkilməsi nəzərdə tutulub: "Tikinti aparılan sahədə köçürülməsi mümkün olmayan ağaclar götürülüb, yerinə daha çox ağac əkiləcək. Meşə fonduna aid olmayan diametri kiçik olan ağaclar isə yeni ərazilərə köçürüləcək. Buna görə qərara alınıb ki, köçürülə bilməyən ağacların əvəzinə ən azı iki dəfə daha çox ağac əkilsin".

Ekologiya 2023-05-11 17:18:00