×
A
A
A
Sazlamalar

MN: Ermənistan tərəfi növbəti təxribata zəmin yaradır

Bakı, 11 may, AZƏRTAC

Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirən Ermənistan silahlı qüvvələri bölmələrinin aktivliyi tərəfimizdən müşahidə edilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bununla qarşı tərəf növbəti təxribata zəmin yaratmağa cəhd göstərir.
“Bölgədə yaranmış gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, - deyə məlumatda qeyd edilib.

Ordu 2023-05-11 10:35:00