×
A
A
A
Sazlamalar

Su hövzələrindən 36 sintetik tor götürülüb

Bakı, 11 may, AZƏRTAC

“Hövzələri sintetik torlardan birlikdə təmizləyək” aksiyası çərçivəsində torların yığışdırılması davam edir.
AZƏRTAC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi teleqram səhifəsinə istinadla xəbər verir ki, aksiya çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xəzər dənizinin Bakı və Sumqayıt şəhərləri akvatoriyasından, Kür və Lənkərançay çaylarından, Mingəçevir, Ağstafaçay və Şəmkir su anbarlarından, digər daxili su hövzələrindən sintetik torlar yığışdırılıb.
Aksiyalar zamanı həmin su hövzələrindən 1000 metr uzunluğunda 36 ədəd sintetik tor götürülüb.
Nazirlik layihəyə dəstək olaraq fəallıq nümayiş etdirən və su hövzələrində rast gəldikləri sintetik torlar barədə quruma məlumat verən bütün vətəndaşlara təşəkkür edir, onları hövzələrin mühafizəsində daha aktiv iştirak etməyə, balıq ehtiyatlarının qorunmasına dəstək olmağa çağırır.

 

Ekologiya 2023-05-11 01:53:00