×
A
A
A
Sazlamalar

Cəlilabadda ağacların qanunsuz kəsilməsi ilə bağlı faktlar araşdırılıb

Bakı, 10 may, AZƏRTAC

Cəlilabad şəhəri, Heydər Əliyev prospektindəki marketin qarşısında ağacların kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı sözügedən ərazidə bir neçə ağacın Cəlilabad şəhər sakini Elnur Ağayev tərəfindən kəsildiyi müəyyən olunub.
“Faktla bağlı akt, protokol tərtib edilib və E.Ağayev barəsində qanunamüvafiq tədbir görülüb”.
Xidmət rəsmisinin sözlərinə görə, kəsilən ağacların əvəzinə yeni ağaclar əkilib, onlara qulluq göstərilməsi məqsədilə Cəlilabad bələdiyyəsinə müvafiq göstəriş verilib.

Ekologiya 2023-05-10 11:12:00