×
A
A
A
Sazlamalar

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə tədbirləri davam edir

Bakı, 9 may, AZƏRTAC

Azərbaycan Respublikasının Nazirlər Kabineti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümü münasibətilə Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyasında Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Nazirlər Kabinetinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları iştirak ediblər.
Aksiya iştirakçıları Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkiblər.
Ağacəkmə aksiyasının keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.

Ekologiya 2023-05-09 12:27:00