×
A
A
A
Sazlamalar

Aksiya zamanı vətəndaşlar ümumi tutumu 323 litr olan plastik tullantı təhvil veriblər

Bakı, 9 may, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Bravo” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə “Tullantıları ekoçantaya dəyiş” aksiyası “20 Yanvar” metrostansiyası yaxınlığındakı “Bravo” hipermarketin qarşısında keçirilib.
AZƏRTAC nazirliyin rəsmi teleqram kanalına istinadla xəbər verir ki, aksiya zamanı vətəndaşlar ümumi tutumu 323 litr olan plastik, 154 litr tutumu olan şüşə tullantı və 168 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə ediblər.
Nazirlik hər kəsi aksiyada fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa, eyni zamanda, polietilen paketlərdən istifadəni azaltmağa, ekoloji cəhətdən təmiz çantalardan istifadə etməyə çağırır.

Ekologiya 2023-05-09 05:20:00