×
A
A
A
Sazlamalar

Emiliya-Romanya Qran-Prisinin təşkilatçıları İtaliyada daşqın fonunda F1 mərhələsinin müqəddəratından danışıblar

Bakı, 6 may, AZƏRTAC

İtaliyanın şimalının bəzi regionlarında güclü leysanın əmələ gətirdiyi daşqınlara baxmayaraq, Formula 1 çempionatının Emiliya-Romanya Qran-Prisi təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə idman tədbirinin təşkilatçıları bəyan ediblər. Yürüş uik-endinin keçiriləcəyi İmola şəhəri də ziyan çəkib.
“Biz təsdiqləyirik ki, bu həftə regionumuzu cənginə alan fırtınalar hazırda trasın vəziyyətinin hansısa pozuntusu ilə nəticələnməyib və tədbirin özünə heç cür təsir etməyəcək”, - deyə “PlanetF1” nəşri Emiliya-Romanya mərhələsinin təşkilatçılarından birinin sözlərindən sitat gətirir.
İtaliyanın şimalının bəzi regionlarında güclü leysan yağışları nəticəsində hava təhlükəsinin ən yüksək səviyyəsi elan olunub. Axtarış-xilasetmə işləri aparılır. Təbii fəlakət nəticəsində bir neçə nəfər həlak olub.
Xatırladaq ki, Formula 1 çempionatının Emiliya-Romanya Qran-Prisi 19-21 may tarixlərində keçirilməlidir.

Formula-1 2023-05-06 17:25:00