×
A
A
A
Sazlamalar

Beynəlxalq Avtomobil Federasiyası yürüşlərin restartının keçirilməsi prosedurunu növbəti dəfə dəyişib

Bakı, 6 may, AZƏRTAC

Beynəlxalq Avtomobil Federasiyası (FIA) yürüşlərin restartının keçirilməsi prosedurunu növbəti dəfə dəyişib.
AZƏRTAC xəbər verir ki, bundan əvvəl təşkilat Formula 1 çempionatının Avstraliya Qran-Prisində bir sıra qəzalardan sonra dəyişikliklər tətbiq edib. Yeni qaydalar Bakıda ötən həftəsonu keçirilən Azərbaycan Qran-Prisində artıq qüvvədə olub.
Əvvəlki yeniliklərə əsasən, təhlükəsizlik maşını liderlik edən boliddən 30 saniyə əvvəl çıxmalıdır və bu da pilotlara restart öncəsi təkərləri qızdırmaq üçün sürəti müstəqil şəkildə müəyyən etmək imkanı verməlidir. Qeyd olunub ki, bu, müvəqqəti tədbirdir.
Növbəti dəyişikliyə müvafiq olaraq, təhlükəsizlik maşını liderdən 60 saniyə əvvəl trasa çıxacaq. Bu qayda mayın 7-də keçiriləcək Mayami Qran-Prisindən başlayaraq qüvvədə olacaq.

Formula-1 2023-05-06 17:22:00