×
A
A
A
Sazlamalar

Umico ilə əməkdaşlıq çərçivəsində Azərbaycan bazarına Uklon taksi sifarişi xidməti daxil olur

Bakı, 3 may, AZƏRTAC

Umico ilə əməkdaşlıq çərçivəsində Azərbaycan bazarına Uklon taksi sifarişi xidməti daxil olur.
AZƏRTAC xəbər verir ki, Ukraynanın taksi şirkəti olan Uklon, eyniadlı tətbiqi vasitəsilə istifadəçilərə rahat, keyfiyyətli və əlverişli şərtlərlə xidmət göstərməyi vəd edir. Belə ki, Umico tərəfindən ölkəyə gətirilən bu taksi sifarişi xidməti çərçivəsində Umico-nun loyallıq proqramı olan keşbek sistemindən də faydalanmaq və bonuslarla ödəniş etmək mümkün olacaq.
Xatırladaq ki, “Competo” şirkətinə daxil olan Umico, rəqəmsal pərakəndə ekosistem strategiyası çərçivəsində “Umico Marketplace”, “Umico bank” və loyallıq proqramı məhsullarını təqdim edir.

Nəqliyyat 2023-05-03 19:53:00