“McLaren”in debütantı Oskar Piastrinin Azərbaycan Qran-Prisində vəziyyəti yaxşı olmayıb
Bakı, 3 may, AZƏRTAC
“McLaren”in debütantı Oskar Piastrinin Formula 1 Azərbaycan Qran-Prisində vəziyyəti yaxşı olmayıb.
AZƏRTAC xəbər verir ki, bütün uik-en ərzində avstraliyalı yürüşçünün mədəsi ilə bağlı problemləri olub. Debütantın meneceri Mark Uebberin sözlərinə görə, uik-end zamanı Oskar 3 kiloqram arıqlayıb. “RacingNews365” nəşri Piastrinin sözlərini sitat gətirib: “Mən bütün uik-end ərzində gərgin idim, həmin müddətdə dörd tikə çörək yemişəm. Şənbə günü vəziyyətim daha ağır idi, bazar günü bir az yüngülləşdi. O qədər də əla olmasa da, yürüşü normal başa vura bildim. Deyəsən, cəmi üç gün ərzində mən çox arıqlamışam, Mayami Qran-Prisinə qədər olan fasilədə bunu düzəltmək lazımdır!”
Avstraliyalı pilot sprintdə finişə 10-cu çatıb, əsas yürüşdə isə 11-ci yeri tutub.
Qeyd edək ki, “Red Bull Racing” komandasının pilotu Serxio Peres Bakı Şəhər Halqasında Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olub. Onun komanda yoldaşı Maks Ferstappen ikinci, “Ferrari”nin pilotu Şarl Lekler isə üçüncü yeri tutublar.
Məhəmməd Ben Sulayem: Formula 1-in CAR-a qayıtması mühüm hadisəyə çevriləcək
Formula 1 Macarıstan Qran-Prisi daha beş il yarış təqvimində qalacaq
Ferstappen Formula 1 Belçika Qran-Prisində sprint yarışının qalibi oldu