Bu il Formula 1 Azərbaycan Qran-Prisindən sonra yollar ən qısa müddətdə açılıb
Bakı, 3 may, AZƏRTAC
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) sakinlərin rahatlığını düşünərək builki Formula 1 Azərbaycan Qran-Prisi zamanı bağlanan prospekt və küçələri yarışdan sonra ötən illərlə müqayisədə ən sürətli şəkildə açaraq sakinlərin istifadəsinə verib.
BŞH-dən AZƏRTAC-a bildiriblər ki, əməliyyat şirkəti bu il yollarda söküntü və demontaj işlərini rekord sürətdə həyata keçirib. Yarışın bitməsindən dərhal sonra operativ olaraq mərhələli şəkildə açılan yollar 3 gecəyə tamamilə tikinti-quraşdırma konstruksiyalarından təmizlənib.
Qeyd edək ki, bu il Bakı yarışı zamanı ilk dəfə olaraq sürücülərin və şəhər sakinlərinin rahatlığını təmin etmək məqsədilə aprelin 24-29-da trekin əhatə etdiyi bəzi yollar səhər və axşam, nəqliyyatın sıx olduğu saatlarda əhalinin istifadəsinə verilib.
Xatırladaq ki, paytaxtımız artıq yeddinci dəfə bu mötəbər idman yarışına ev sahibliyi edib.
Məhəmməd Ben Sulayem: Formula 1-in CAR-a qayıtması mühüm hadisəyə çevriləcək
Formula 1 Macarıstan Qran-Prisi daha beş il yarış təqvimində qalacaq
Ferstappen Formula 1 Belçika Qran-Prisində sprint yarışının qalibi oldu