×
A
A
A
Sazlamalar

Azərbaycan Qran-Prisi: Fernando Alonso cari mövsüm ilk dəfə podiumda yer almayıb

Bakı, 30 aprel, AZƏRTAC

“Aston Martin” komandasının pilotu Fernando Alonso Formula 1 Azərbaycan Qran-Prisində podiumdan kənarda qalıb.
AZƏRTAC xəbər verir ki, ispaniyalı pilot cari mövsüm ilk dəfədir ilk üçlükdə yer almayıb. Belə ki, pilot Bəhreyn, Səudiyyə Ərəbistanı və Avstraliya Qran-prilərində üçüncü olub.
Hazırda aktivində 60 xal olan F.Alonso pilotların sıralamasınd ada üçüncü pillədə yer alıb.

Formula-1 2023-04-30 17:26:00