×
A
A
A
Sazlamalar

Portuqaliyalı turist: Bakı yolları Formula-1 Qran-Prisi üçün tam yararlıdır

Bakı, 30 aprel, AZƏRTAC
Mən yarışda “Ferrari” komandasını dəstəkləyirəm. Formula 1 Azərbaycan Qran-Prisindəki yarışları diqqətlə izləyirəm. Azərbaycan bu yarış üçün ideal məkandır.
Bunu AZƏRTAC-a məxsusi müsahibəsində portuqaliyalı turist Joao Pauio Brito deyib.
“Bu gün çox yaxşı xəbər eşitdim. Formula 1 Azərbaycan Qran-Prisinin Bakıda keçirilməsi barədə müqavilə 2026-cı ilədək uzadılıb. Bu o deməkdir ki, Azərbaycan Qran-Prisi 2026-cı ilədək Formula 1 təqvimində qalacaq. Bakının yolları Formula-1 Qran-Prisi üçün tam yararlıdır. Yarışın ikinci günü də maraqlı idman mübarizəsi şəraitində keçib”, - deyə o vurğulayıb.
Xatırladaq ki, Bakıda keçirilən son altı yarışda ən yaxşı və ən dramatik anlar yaşanıb. Azərbaycan Qran-Prisində bu mövsümün ilk sprint yarışı və yürüşü təşkil olunub. Paytaxtımız 100-dən çox ölkədən rekord sayda azarkeş qəbul edib.

Formula-1 2023-04-30 05:07:00