×
A
A
A
Sazlamalar

Formula 1-in prezidenti: Azərbaycanla əlaqələrimizi genişləndirməkdən şadıq

Bakı, 29 aprel, AZƏRTAC

Azərbaycanla əlaqələrimizi genişləndirməkdən şadıq. Birgə inkişafı davam etdirməyi səbirsizliklə gözləyirik.
AZƏRTAC xəbər verir ki, bunu Formula 1-in prezidenti Stefano Domenikali Azərbaycan Qran-Prisi ilə müqavilənin uzadılması ilə bağlı danışarkən deyib.
Əlli səkkiz yaşlı funksioner Bakı Şəhər Halqasının Formula 1 üçün çox məşhur məkana çevrildiyini bildirib: "Bu həmişə maraqlı yarışa ev sahibliyi edən inanılmaz trasdır".
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi ilə müqavilənin müddətini 2026-cı ilədək uzadıb.

Formula-1 2023-04-29 15:59:00