×
A
A
A
Sazlamalar

Fərid Qayıbov: Formula 1 Azərbaycan Qran-Prisi daha üç il azarkeşlərimizi həyəcanlandıracaq

Bakı, 29 aprel, AZƏRTAC
Formula 1 Azərbaycan Qran-Prisinin təşkili ölkəmiz üçün qürur mənbəyidir. Yarış daha üç il azarkeşlərimizi ruhlandırmağa və həyəcanlandırmağa davam edəcək.
AZƏRTAC xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Formula 1 Azərbaycan Qran-Prisinin 2026-cı ilədək ölkəmizdə keçirilməsi barədə danışarkən deyib.
Nazir bildirib ki, Bakıda təşkil olunan son altı yarışda ən yaxşı və ən dramatik anlar yaşanıb. Növbəti üç il ərzində yerli və əcnəbi F-1 azarkeşləri gözəl anlar yaşayacaqlar. Bugünkü razılaşma 100-dən çox ölkədən rekord sayda azarkeşi qəbul etdiyimiz yarış həftəsonuna təsadüf etdi. Bunu xüsusi əhəmiyyətli etmək üçün bu günü seçdik.
Qeyd edək ki, Azərbaycan Qran-Prisi 2026-cı ilədək Formula 1 təqvimində qalacaq. Bu barədə tərəflər arasında müqavilə imzalanıb.

Formula-1 2023-04-29 15:46:00