×
A
A
A
Sazlamalar

“Tullantıları ekoçantaya dəyiş” aksiyası davam edir

Bakı, 25 aprel, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Araz” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə “Tullantıları ekoçantaya dəyiş” aksiyası Sumqayıt şəhərində yerləşən “Araz” supermarketin qarşısında keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aksiya zamanı vətəndaşlar ümumi tutumu 657 litr olan plastik tullantı, 166 litr tutumu olan şüşə butulka/banka və 291 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə ediblər.
Nazirlik hər kəsi aksiyada fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa, eyni zamanda, polietilen paketlərdən istifadəni azaltmağa, ekoloji cəhətdən təmiz çantalardan istifadə etməyə çağırır.

Ekologiya 2023-04-25 14:49:00