×
A
A
A
Sazlamalar

Frederik Vasser: Mən Bakıda “Ferrari”nin vəziyyəti dəyişməsinə əmin olmaq istəyirəm

Bakı, 24 aprel, AZƏRTAC

Formula 1 çempionatının “Ferrari” komandasının rəhbəri Frederik Vasser qarşıdakı Azərbaycan Qran-Prisi zamanı komandasının əsas diqqəti hansı məsələlər üzərində cəmləşdirməyi planlaşdırmasını izah edib.
AZƏRTAC xəbər verir ki, Vasser Britaniyanın “Аutosport” nəşrinə müsahibəsində deyib: “Əsas diqqəti “Red Bull”, “Mercedes” və ya “Aston Martin” üzərində cəmləşdirmək səhv olardı. Biz gördüyümüz işdən daha çox nəticə əldə etməli və fikrimizi öz üzərimizdə cəmləşdirməliyik.
Fikrimcə, komanda ikinci və üçüncü yürüş arasında irəli yaxşı addım atıb. Əgər biz bəzi yeniliklər gətirə biləriksə... Düşünürəm ki, Melburnda problem maşının potensialında yox, bizim işimizdə və sazlamalarda idi. Biz maşının potensialından tam istifadə edə bilmədik və indi bu istiqamətdə fikrimizi cəmləşdirməliyik.
Bakı çox mühüm mərhələ olacaq, çünki bizi orada iki təsnifat və iki yürüş gözləyir. Komanda olaraq biz daha yaxşı fəaliyyət göstərməliyik. Bakıda trasın sxemi hər şeydən xeyli fərqlənir, biz bunu artıq bu il görmüşük. Ən başlıcası, fikrimizi digərləri üzərində yox, öz üzərimizdə cəmləşdirməli və ən maksimal nəticəyə nail olmalıyıq”.
Hazırlanan yeniliklərə gəlincə, fransalı menecer bu barədə deyib: “Mən heç vaxt deməyəcəyəm ki, biz bolid üzərində hansı işləri görmüşük və bu işlər maşına hansı təsir göstərib. Lakin biz sabitlik axtarmışıq və fikrimcə, buna nail olmuşuq. Mən Bakıda vəziyyəti dəyişməyimizin təsdiqini almaq istərdim”.
Qeyd edək ki, Azərbaycan Qran-Prisi Bakıda 28-30 aprel tarixlərində keçiriləcək.

Formula-1 2023-04-24 13:05:00