×
A
A
A
Sazlamalar

Birinci rübdə Bakı Limanı vasitəsilə yükdaşımalar 25 faiz artıb

Bakı, 23 aprel, AZƏRTAC

Bu ilin birinci rübündə Bakı Limanı vasitəsilə daşınan yükün həcmi 1 milyon 529 min tondan çox olub.
AZƏRTAC xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz artım deməkdir.
Qeyd edək ki, 2022-ci ilin ilk üç ayında daşınan yükün həcmi 1 milyon 223 min ton təşkil edib.

Nəqliyyat 2023-04-23 12:18:00