×
A
A
A
Sazlamalar

DİN: Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıqlar davam etdirilir

Bakı, 22 aprel, AZƏRTAC

Aprelin 28-30-da keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıqlar davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu gün Daxili İşlər Nazirliyi tərəfindən ictimai qaydanın və ictimai təhlükəsizliyin, xidmətin nümunəvi təşkili məqsədilə tədbirə cəlb olunacaq şəxsi heyətin sıra baxışı keçirilib, maddi-texniki təchizatın vəziyyəti yoxlanılıb.
Tapşırıqların icra vəziyyətini yoxlayan Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Vüqar Ələkbərov tədbirin yüksək təhlükəsizlik şəraitində keçirilməsi, qarşıya qoyulan tapşırıqlarla bağlı şəxsi heyəti təlimatlandırıb, əlavə göstərişləri diqqətə çatdırıb.

Formula-1 2023-04-22 14:41:00