×
A
A
A
Sazlamalar

Yumurta, qoz-fındıq və kəsmik yaşlanmanı yavaşlatmağa kömək edir

Bakı, 20 aprel, AZƏRTAC

Zülal və liflə zəngin qida məhsulları yaşlanmanı yavaşlatmağa kömək edir.
Zülal və liflə zəngin qidanın qəbulu 50 yaşdan sonra yaşlanmanı yavaşlatmağa kömək edəcək. Bu cür qidalanma ürək xəstəlikləri, ikinci tip diabet, yüksək qan təzyiqi, onkoloji təzahürlərin yaranma ehtimalını azaldır. Yaşlandıqca bədən əzələ kütləsini itirir.
AZƏRTAC “MedikForum”a istinadla xəbər verir ki, tərkibində böyük miqdarda zülal olan qida məhsulları əzələlərin bərpasına kömək edir, buna görə rasiona yumurta, qoz-fındıq və kəsmiyin daxil edilməsi faydalı olacaq.
İnsanlar 60 yaşdan sonra “regenerativ məhsullar”dan istifadə etməlidir, çünki bu yaşda orqanizmin hüceyrələri daha gənc yaşlarında olduğu kimi regenerasiya edə bilmirlər. Diyetoloq Mariyat Muxina balığı regenerativ komponentlərə malik olan məhsul adlandırıb. Öz növbəsində, yaşlı insanlar ət məhsullarını məhdud miqdarda qəbul etməlidir, çünki onların istehlakı xolesterin səviyyəsini artırır.

Sağlamlıq klubu 2023-04-20 17:32:00