×
A
A
A
Sazlamalar

Yomiuri: G7 ölkələri süni intellektlə bağlı fəaliyyət planı qəbul etmək niyyətindədir

Bakı, 19 aprel, AZƏRTAC

G7 ölkələrinin rəqəmsallaşma və texnologiya üzrə nazirləri aprelin sonunda keçiriləcək görüş zamanı süni intellektə dair fəaliyyət planı qəbul etmək niyyətindədirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti hökumətdəki mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, G7 nazirləri ChatGPT çat-botundan və digər analoqlardan istifadə zamanı məlumat sızması ilə bağlı narahatlıqlar fonunda “məsuliyyətli süni intellekt” konsepsiyasının həyata keçirilməsini istəyirlər. G7 nazirləri süni intellektin idarə edilməsi, habelə məlumatların şəbəkə məkanında etibarlı və sərbəst paylanması, yüksək sürətli 6G rabitəsinin yeni nəsli ilə bağlı ayrı-ayrılıqda bir neçə sənəd hazırlayacaqlar.
Xatırladaq ki, ChatGPT Amerika şirkəti OpenAI tərəfindən 2022-ci ilin sonunda istifadəyə verilib. Bu xidmət istifadəçi ilə dialoq rejimində qarşılıqlı əlaqə yaradır.

Texnologiya 2023-04-19 07:45:00