×
A
A
A
Sazlamalar

Paytaxtın bəzi yerlərində piyada təhlükəsizliyi səviyyəsi artırılıb

Bakı, 18 aprel, AZƏRTAC

Cəfər Cabbarlı küçəsi ilə Bəsti Bağırova küçəsinin kəsişməsində nizamlanan yolayrıcı təşkil edilərək piyada təhlükəsizliyi səviyyəsi artırılıb.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, yol kəsişməsində həyata keçirilən tədbirlər nəticəsində yol kəsişməsində işıqfor obyekti quraşdırılıb, müvafiq yol nişanları quraşdırılıb və nişanlanma xətləri çəkilib, nizamlanan eyni səviyyəli piyada keçidləri təşkil edilib.
Qeyd edilib ki, layihənin icrası nəticəsində kəsişmənin buraxıcılıq qabiliyyəti artırılıb, hərəkət növbəliliyi təmin edilib.
Bundan başqa, nəqliyyat vasitələrinin və piyadaların təhlükəsizlik səviyyəsi artırılıb.

Nəqliyyat 2023-04-18 19:31:00