×
A
A
A
Sazlamalar

Dəniz nəqliyyatı ilə yükdaşımanın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb

Bakı, 18 aprel, AZƏRTAC

Dəniz nəqliyyatı ilə 2023-cü ilin yanvar-mart aylarında daşınmış yüklərin həcmi 1 milyon 824,3 min ton təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən 28 faiz artıb.
Yüklərin 56,4 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 2 milyon 640,4 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 2 milyon 157,1 min tonunu və ya 81,7 faizini tranzit yüklər təşkil edib. 2023-cü il aprelin 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 80,9 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2022-ci ilin müvafiq dövrünə nisbətən 80,8 faiz artaraq 4,7 min nəfər olub.

 

Nəqliyyat 2023-04-18 17:09:00