×
A
A
A
Sazlamalar

Cari ilin yanvar-mart aylarında dəmir yolu nəqliyyatı daşınmasında artım müşahidə olunub

Bakı, 18 aprel, AZƏRTAC

Dəmir yolu nəqliyyatı ilə 2023-cü ilin yanvar-mart aylarında 4,4 milyon ton yük, 1509,5 min sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2022-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 16,6 faiz, sərnişin daşınmasında isə 60 faiz artım müşahidə olunub. Orta hesabla sutkada 460 vaqon yüklənib, 411 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 23,5 min ton, qərb istiqaməti üzrə 2,9 min ton, cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib.

Nəqliyyat 2023-04-18 16:57:00