×
A
A
A
Sazlamalar

Qeyri-dövlət sektoruna məxsus yükdaşımaların həcmi 4,3 faiz artıb

Bakı, 18 aprel, AZƏRTAC
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 4,3 faiz artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 75,4 faiz təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, cari ilin yanvar-mart aylarında nəqliyyatçılar 423,7 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,1 faizi avtomobil nəqliyyatı, 12,4 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Nəqliyyat 2023-04-18 16:48:00