×
A
A
A
Sazlamalar

Ekoloji Bilik Günündə ekoturizm yarışması

Bakı, 17 aprel, AZƏRTAC
Ekoloji Bilik Günü Abşeron Milli Parkında Elm və Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birgə təşkil olunmuş “Xəzər sahilində” komandalararası ekoturizm yarışması ilə qeyd olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 60-dan çox məktəblinin qatıldığı yarış Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb. Açılış mərasiminin ardınca komandalar arasında Şahdili marşrutu üzrə piyada keçid yarışına start verilib. Təyin olunmuş marşrut üzrə tapşırıqları yerinə yetirəndən sonra məktəblilər Xəzər sahili ərazilərdə tullantıların təmizlənməsi aksiyasına qoşulublar.
Tədbirin yekununda qaliblər diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

 

Ekologiya 2023-04-17 10:24:00