×
A
A
A
Sazlamalar

Badamdar qəsəbəsində ağac və kolların kəsilməsi faktı aşkarlanıb

Bakı, 16 aprel, AZƏRTAC

Paytaxtın Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində, S.İbrahimxəlilov küçəsində yerləşən 34 saylı şəhər poliklinikasının qarşısındakı yaşıllıq zolağında ağacların məhv edilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət qurumun əməkdaşları tərəfindən yerində araşdırılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a açıqlamasında bildirib ki, baxış zamanı yaşıllıq ərazidə tikinti işlərinin aparıldığı, tikinti altına düşən bir tut ağacının və iki kol bitkisinin kəsilərək məhv edildiyi aşkarlanıb. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Ekologiya 2023-04-16 10:39:00