×
A
A
A
Sazlamalar

Xətai rayonunda Ulu Öndərin anadan olmasının 100 illiyinə həsr olunmuş aksiyada 700-dən çox ağac əkilib

Bakı, 15 aprel, AZƏRTAC

Paytaxtın Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş növbəti ağacəkmə aksiyası keçirilib.
Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, aksiyada şəhid ataları, rayonun idarə, müəssisə, təşkilat kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiyanın təşkil edilməsində əsas məqsəd ətraf mühitin və meşə zolaqlarının qorunması və mühafizəsini həmişə diqqətdə saxlayan xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini yad etmək və ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə vermək, gənc nəslə ətraf mühitin qorunması hissini aşılamaq və ekoloji problemlərə qarşı mübarizəyə çağırmaqdır.
Ağacəkmə aksiyasında Gəncə prospekti, 65-67 ünvanlarında 700-dən çox ağac əkilib.
Ümumilikdə son aylarda ağacəkmə aksiyaları çərçivəsində rayonun Ceyhun Həsənov, Xudu Məmmədov, Çingizxan Kərimov küçələrində, Gəncə prospektində, Heydər Əliyev və Gənclik parklarında 4500-dən çox müxtəlif ağac əkilib.

Ekologiya 2023-04-15 15:17:00