×
A
A
A
Sazlamalar

ADY: Bakı-Ağstafa marşrutu üzrə əlavə reys təyin edilib

Bakı, 14 aprel, AZƏRTAC

“Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyəti Ramazan bayramı ilə əlaqədar Bakı-Ağstafa marşrutu üzrə artan sərnişin tələbatını qarşılamaq məqsədilə aprelin 21-nə əlavə reys təyin edib.
ADY-dən AZƏRTAC-a bildirilib ki, müvafiq tarixdə əlavə reys üzrə səhər saat 8:25-də Bakı Dəmir yolu Vağzalından Ağstafaya yola düşən qatar saat 13:20-də mənzil başına çatacaq.
Qeyd edək ki, Bakı-Ağstafa marşrutu üzrə ənənəvi reysin qrafikinə əsasən, hər gün saat 8:45-də yola çıxan qatar saat 13:40-da mənzilbaşına çatır, Ağstafa-Bakı marşrutu üzrə isə qatar hər gün saat 17:10-da yola düşərək Bakı Dəmir yolu Vağzalına saat 22:05-də çatır.
Bakı-Ağstafa-Bakı marşrutu üzrə səfər edən sərnişinlərin bayram tətili günləri və bayramın sonunda hər iki istiqamətə rahat və vaxtında çatdırılmasında əlavə reysə ehtiyac yaranarsa, tələbat müvafiq qaydada təmin ediləcək.

Nəqliyyat 2023-04-14 14:26:00