×
A
A
A
Sazlamalar

Formula 1: Lyuis Hemilton Mixael Şumaxerin növbəti rekordunu yeniləyib

Bakı, 12 aprel, AZƏRTAC

Lyuis Hemilton artıq Formula 1 çempionatının xeyli rekorduna imza atıb. Yeni mövsümdə də pilot artıq üçüncü mərhələdə öz aktivinə daha bir tarixi nailiyyəti yazdırıb. Bununla da çempionatın tarixində ilk pilot olub ki, 17 ardıcıl mövsümün hər birində azı bir dəfə fəxri kürsüyə qalxıb.
AZƏRTAC xəbər verir ki, bundan əvvəlki rekord 1992-2006-cı illərdə 15 mövsüm ərzində ardıcıl olaraq ayrı-ayrı Qran-Prilərdə ilk üçlüyə daxil olan Mixael Şumaxerə məxsus idi. Yeganə və sonuncu - 2012-ci ilin fəxri kürsüsü nəzərə alınmaqla, almaniyalı nəticəli mövsümlərin sayına görə mütləq rekordçu idi.
2023-cü ildə bu nailiyyəti Lyuis Hemilton üstələdi. Sadə dildə desək, britaniyalı 2007-ci ildən dünya çempionatında debütündən bəri hər il ilk üçlükdə mükafat qazanıb.

Formula-1 2023-04-12 17:23:00