×
A
A
A
Sazlamalar

Emiliya-Romanya Qran-Prisi İmolanın rekonstruksiyası ucbatından təhlükə altındadır

Bakı, 12 aprel, AZƏRTAC

Formula 1 çempionatının mayın 21-nə planlaşdırılan Emiliya-Romanya Qran-Prisi baş tutmaya bilər, çünki İmolada trasın rekonstruksiyası hələ də başa çatmayıb. Seriyanın təşkilatçıları bildirirlər ki, işlərin icrasının ləngiməsi artıq mayın 7-nə planlaşdırılmış ELMS-nin “İmolanın 4 saatı” uik-endinin ləğvinə gətirib çıxarıb.
AZƏRTAC xəbər verir ki, ELMS-nin mətbuat üçün yaydığı məlumatında deyilir: “Autodromo Internazionale Enzo e Dino Ferrari” avtodromunda paddokun və boks kompleksinin yaxşılaşdırılması üzrə işlər aprelin ortalarında başa çatmalı idi. Lakin tikintinin ləngiməsi onu göstərir ki, tras “European Le Mans Series”, “Michelin Le Mans Cup”, “Ligier European Series” və “Lamborghini Super Trofeo” çempionatlarından olan komandaları müəyyən olunan tarixdə qəbul etməyə hazır olmayacaq”.
Formula 1-in İmola mərhələsi mayın 18-21-nə planlaşdırılıb. Əgər avtodromun əsas obyektlərində işlər çempionata yürüşü keçirməyə imkan verən müddətdə yekunlaşmasa, bu, prinsipcə uik-endi təhlükə altına alır.

Formula-1 2023-04-12 17:18:00