×
A
A
A
Sazlamalar

Azərbaycanda informatika elminin inkişaf tarixi ilə bağlı tədqiqatlar aparılır

Bakı, 12 aprel, AZƏRTAC

İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarında “Azərbaycanda informatika elmi və onun inkişaf istiqamətləri” mövzusunda aparılan araşdırmaların nəticəsi təqdim olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məruzəni baş mütəxəssis Gülnar Paşayeva təqdim edərək informatika və kibernetika elminin yaranma tarixi barədə məlumat verib. O, informatikanın inkişaf istiqamətləri, dünyada bu elm sahəsində tanınmış alimlər, müxtəlif ölkələrdə informatikanın yaranması və inkişafı ilə bağlı məlumatları diqqətə çatdırıb.
Sonra Azərbaycanda informatikanın yaranma tarixindən bəhs edən tədqiqatçı sovet dövründə informatika sahəsində kadr hazırlayan təhsil müəssisələri, həmin illərdə aparılan elmi tədqiqatların əsas istiqamətləri, ölkəmizdə informatikanın təşəkkülü və inkişafı ilə bağlı həm sovet, həm də müstəqillik dövründə atılmış addımlardan danışıb. O, Azərbaycanda İKT-nin inkişafı istiqamətində görülən işlərə, eləcə də bu sahədə müstəqillik dövründə qəbul edilmiş qanunlar və dövlət proqramlara diqqət çəkib. Tədqiqatçı ölkəmizdə fəaliyyət göstərən İKT qurumları, bu sahə üzrə keçirilən respublika və beynəlxalq səviyyəli tədbirlər, nəşr olunan kitablar və s. haqqında məlumat verib.

Texnologiya 2023-04-12 14:01:00