×
A
A
A
Sazlamalar

Felipe Massa: Alonso Sinqapur-2008 mövzusundan daim yayınır

Bakı, 11 aprel, AZƏRTAC

Formula 1 çempionatının sabiq pilotu Felipe Massa deyib ki, vaxtilə o, Nelsinyo-Pikenin qəzaya uğramasının qabaqcadan düşünülmüş məsələ olması haqqında Flavio Briatore və Fernando Alonso ilə danışmağa cəhd göstərib, lakin nə “Renault” komandasının sabiq rəhbəri, nə də ikiqat dünya çempionu Sinqapur-2008 Qran-Prisində baş verən qalmaqalı onunla müzakirə etməyiblər.
AZƏRTAC xəbər verir ki, ötən ay 41 yaşlı braziliyalı həmin yürüşün nəticələrini məhkəmə vasitəsilə ləğv etməyə çalışacağını bildirib.
“Bu hadisədən illər sonra mən futbol oyununda Flavio ilə rastlaşdım. Mən ondan nəhayət hər şeyin əslində necə olması barədə danışmasını xahiş etdim. O, heç nə bilmədiyini və ümumiyyətlə bu qalmaqala dəxli olmadığını dedi.
Alonso? “Ferrari”də birgə olduğumuz bütün illər ərzində o, Sinqapur mərhələsi barədə heç vaxt danışmayıb. Mən bu barədə söz salanda o, dərhal mövzudan yayınırdı”, - deyə “FormulaPassion” nəşri Massanın sözlərindən sitat gətirir.

Formula-1 2023-04-11 17:40:00