×
A
A
A
Sazlamalar

Sebastian Fettel Formula 1 çempionatına qayıtmaq ehtimalından bəhs edib

Bakı, 11 aprel, AZƏRTAC

Dördqat dünya çempionu və “Aston Martin” komandasının sabiq pilotu, 2022-ci il mövsümünün sonunda karyerasını başa vuran almaniyalı Sebastian Fettel Formula 1 çempionatına qayıtmaq ehtimalı ilə bağlı fikirlərini bölüşüb.
AZƏRTAC xəbər verir ki, “RTL” nəşri Fettelin bu sözlərini sitat gətirib: “Mən televizorda yürüşləri izləyirəm və ümumiyyətlə Formula 1-də baş verənlər mənə maraqlıdır. Mən şadam ki, vaxtımı əla keçirir, ailəmə sərf edirəm. Bundan sonra nə ilə məşğul olacağam? Hələ bilmirəm, hazırda variantları öyrənirəm.
Formula 1-ə qayıtmaq? Kim bilir, hər şey mümkündür. Ola bilər ki, mən divanda oturmaqdan yorulum və yenidən yürüşə qatılmağı arzulayım. Belə bir variant da ola bilər ki, mən sadəcə hansısa sevimli işlə məşğul olum, bütün vaxtımı ora sərf edim”.
Qeyd edək ki, Fettel “Red Bull” komandasının heyətində dördqat dünya çempionu adını qazanıb. O, Formula 1-də ilk dəfə 2007-ci ildə, ABŞ Qran-Prisində zədə alan Robert Kubitsanı əvəzləyərək, “BMW Sauber” komandasının heyətində çıxış edib.

Formula-1 2023-04-11 16:31:00