×
A
A
A
Sazlamalar

Müzəffər Nərimanov və Volodarski küçələrinin kəsişməsində icra edilən layihənin təsirləri müsbət olub

Bakı, 10 aprel, AZƏRTAC

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən bir müddət əvvəl Müzəffər Nərimanov və Volodarski küçələrinin kəsişməsində (Ulduz dairəsi) yol hərəkətinin təşkilində dəyişiklik həyata keçirilib.
BNA-dan AZƏRTAC-a bildirilib ki, hərəkəti buraxma qabiliyyətinin artırılması məqsədilə kəsişmədə dairəvi hərəkət ləğv olunub və nizamlanan yolayrıcı təşkil edilib.
Layihənin icrasından sonra əldə edilən nəticələr bu cürdür: Kəsişmənin Müzəffər Nərimanov küçəsi istiqamətində hərəkəti buraxma qabiliyyəti 31 faiz artıb, hərəkət sürəti isə 60 faiz artaraq 35 km/saat təşkil edib.
Xəlil Rza Ulutürk küçəsi istiqamətində isə hərəkəti buraxma qabiliyyəti 35 faiz artıb, hərəkət sürəti isə 20 faiz artaraq 42 km/saat təşkil edib.
Ümumilikdə isə kəsişmədə hərəkəti buraxma qabiliyyəti 40 faiz, hərəkət sürəti isə orta hesabla 30-35 faiz artıb.

 

Nəqliyyat 2023-04-10 16:37:00