×
A
A
A
Sazlamalar

Altı il ərzində Bakıda avtobusla sərnişindaşıma azalıb

Bakı, 6 aprel, AZƏRTAC
Həyata keçirilmiş tədbirlər nəticəsində 2016-2019-cu illər ərzində sərnişindaşıma artım tempi üzrə fəaliyyət göstərib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) AZƏRTAC-a bildirilib ki, 2016-cı illə müqayisədə 2019-cu ildə səyahətlərin sayı 27 faiz artıb. Bu səyahətlər gündəlik ortalama 2000 avtobusla həyata keçirilib. Qeyd edilib ki, 2016-cı ildə paytaxtda avtobuslarla daşınan sərnişinlərin sayı 629 milyon nəfər, 2017-ci ildə 659 milyon nəfər, 2018-ci ildə 704 milyon nəfər, 2019-cu ildə 801 milyon nəfər, 2020-ci ildə 413 milyon nəfər, 2021-ci ildə isə 444 milyon nəfər, 2022-ci ildə isə 502 milyon nəfər olub.
Qurumdan həmçinin bildirilib ki, qanunsuz sərnişindaşıma miqyasının genişlənməsi avtobuslarla müntəzəm daşıma üzrə səyahət saylarının azalması ilə yanaşı, iqtisadiyyata, şəhərin müasir görünüşünə və ekologiyaya ciddi təsir göstərir. Xüsusilə önəmli olan insanların həyat və təhlükəsizliyini risk altına alır.

Nəqliyyat 2023-04-06 15:43:00