×
A
A
A
Sazlamalar

Elektron elmin formalaşması və elmmetriya problemləri üzrə araşdırmalar aparılacaq

Bakı, 6 aprel, AZƏRTAC

Bu il İnformasiya Texnologiyaları İnstitutunda rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətində elektron elmin formalaşması və elmmetriya problemləri üzrə araşdırmalar aparılacaq.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu sahədə “E-kitabxanaların metaverilənləri əsasında elmmetrik qiymətləndirmə meyarlarının tətbiqi ilə intellektual informasiya sistemi konsepsiyasının işlənilməsi”, eləcə də “Azərbaycanda intellektual e-kitabxanaların formalaşması problemləri və həlli yolları” mövzuları işləniləcək.

Texnologiya 2023-04-06 13:03:00