×
A
A
A
Sazlamalar

AZAL Bakıdan Düşənbə şəhərinə reys açır

Bakı, 5 aprel, AZƏRTAC
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) tərkibinə daxil olan “Buta Airways” aviaşirkəti may ayında Tacikistanın paytaxtı Düşənbəyə reys açır.
“Buta Airways”dən AZƏRTAC-da bildirilib ki, mayın 30-dan etibarən Bakıdan Düşənbəyə və əks istiqamətdə uçuşlar həftənin bazar ertəsi, çərşənbə axşamı və cümə axşamı günləri yerinə yetiriləcək.
Düşənbə paytaxt olmaqla yanaşı, Şərq ekzotikası və Mərkəzi Asiya xarizmasını özündə birləşdirən Tacikistanın həm də ən böyük şəhəridir.
“Buta Airways”in bütün planlaşdırılmış reyslərinə aviabiletləri aviaşirkətin www.butaairways.az rəsmi internet saytından və ya mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Nəqliyyat 2023-04-05 18:42:00