Haaqada 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb
Haaqa, 1 aprel, AZƏRTAC
1918-ci ilin mar-aprel aylarında ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı qurbanlarının xatirəsi Niderlandın Haaqa şəhərində də anılıb.
AZƏRTAC xəbər verir ki, Hollanda Azərbaycan-Türk Kültür Dərnəyinin təşkilatçılığı ilə keçirilmiş anım tədbirində bu ölkədə yaşayan Azərbaycan və türk icmalarının üzvləri, diaspor fəalları iştirak ediblər.
Anım tədbiri 1918-ci il 31 Mart soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Hollanda Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın soyqırımla bağlı məlumat verib. O, qanlı hadisələrlə bağlı yaşlı nəsildən eşitdiyi xatirələrini bölüşüb.
“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi assosiasiyasının rəhbəri Mayisə Ağamirzəyeva və “Odlar Yurdu” Niderland-Azərbaycan Assosiasiyasının rəhbəri Firəngiz Bağırova erməni bolşeviklərinin günahsız insanlara amansızlıqla əzab verərək qətlə yetirmələrindən danışıblar.
İzmirdə 31 Mart soyqırımının qurbanları yad edilib
Mart soyqırımı ilə əlaqədar Avropa və Niderland parlamentlərinə bəyanat ünvanlanıb
Moldovada keçirilən dəyirmi masada ermənilərin soyqırımı siyasəti pislənilib
Moldova mətbuatında 31 Mart soyqırımı ilə bağlı məqalə dərc edilib