×
A
A
A
Sazlamalar

Azərbaycan çempionatlarında yarımfinal mərhələsinin növbəti oyunlarının vaxtı dəqiqləşib

Bakı, 31 mart, AZƏRTAC

Kişi və qadın voleybolçular arasında Azərbaycan çempionatlarında yarımfinal mərhələsinin növbəti oyunlarının vaxtı dəqiqləşib.
AZƏRTAC Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, qadınların Yüksək Liqasında ikinci qarşılaşmalar aprelin 5-də keçiriləcək. Bir gün sonra isə kişi voleybolçuların Yüksək Liqasında ikinci görüşlər baş tutacaq.
Aprelin 5-də “Murov” - “Abşeron”, UNEC - “Azərreyl”, ertəsi gün isə “Neftçi” - “Xarı bülbül” və MOİK - “Murov” görüşləri keçiriləcək.
Qeyd edək ki, yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.
Oyunlar Voleybol Mərkəzində keçiriləcək və giriş sərbəstdir.

İdman 2023-03-31 14:49:00