×
A
A
A
Sazlamalar

“Xarıbülbülün Vətəni - Şuşa” sərgisində şəhid və qazilərimizə məxsus materiallar nümayiş etdirilir

Bakı, 28 mart, AZƏRTAC

Milli Azərbaycan Tarixi Muzeyində “Xarıbülbülün Vətəni - Şuşa” adlı sərgi təşkil edilib. Muzeyin müvafiq fondlarının zəngin kolleksiyası əsasında təşkil olunmuş sərgi Şuşanın tarix və mədəniyyətinin müxtəlif dövrlərini əks etdirir. Burada Vətən müharibəsi fondunda qorunan, Şuşa şəhərinin alınması zamanı şəhid və qazi olmuş hərbçilərimizə məxsus materiallar da nümayiş etdirilir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində muzeyin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov söyləyib. Ş.Mövsümov bildirib ki, sərgidə ümumilikdə 6 vitrində 24 şəhid, 2 qazi və 1 dövlət qurumuna məxsus 77 inventar ziyarətçilərə təqdim edilir.
Eyni zamanda, sərgidə Azərbaycan ərazilərinə ermənilər tərəfindən atılmış hərbi sursatlar da yer alıb.

Elm və təhsil 2023-03-28 16:40:00