×
A
A
A
Sazlamalar

“Bədii mətnin təhlil texnologiyası” - elmi seminar

Bakı, 28 mart, AZƏRTAC

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Bədii mətnin təhlil texnologiyası” mövzusunda elmi seminar keçirilib.
Seminarda Ədəbiyyat İnstitutunun alimləri ilə yanaşı, doktorantlar, magistrantlar və təcrübəçi tələbələr də iştirak ediblər.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Tədbiri giriş sözü ilə Ədəbiyyat İnstitutunun icraçı direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli açıb. O, çıxışında bu cür seminarların artıq bir ənənə halını aldığını vurğulayıb.
Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Tahirə Məmməd mövzu ilə bağlı geniş məruzə edib. O, seminarın, eyni zamanda, praktik xarakter daşıdığını da nəzərə çatdırıb, bu cür seminarların dissertasiya yazan gənc tədqiqatçılara kömək olacağını bildirib.

Elm və təhsil 2023-03-28 15:11:00