Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
Bakı, 28 mart, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Gənclər Təşkilatının üzvləri və universitetdə təhsil alan əcnəbi tələbələr 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba rayonuna səfər ediblər.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, səfər zamanı universitetin nümayəndə heyəti faciə qurbanlarının xatirəsini yad edib, xatirə daşı önünə əklil qoyub, ərazini gəzərək Quba soyqırımına həsr olunmuş stendlərlə tanış olublar. Kompleks əməkdaşları tərəfindən tələbələrə Quba, Cavad, Göyçay, Şamaxı və Bakı qəzalarında ermənilərin törətdikləri vəhşiliklər barədə ətraflı məlumat verilib, muzey ekspozisiyasında sərgilənən və qədim Quba həyatını, dinc, yanaşı yaşayan azərbaycanlı, ləzgi, yəhudi və digər xalqların nümayəndələrini, müxtəlif sosial təbəqələrə aid insanları, soyqırımını əks etdirən şəkillərlə tanış olublar.
Qeyd edək ki, soyqırımı Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə öz hüquqi-siyasi qiymətini alıb, martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır