×
A
A
A
Sazlamalar

Elektron xidmətlərin reytinqinin təyini üçün araşdırma aparılır

Bakı, 28 mart, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev və böyük elmi işçi, texnika üzrə fəlsəfə doktoru Günay İskəndərlinin “Sentiment analiz texnologiyasının köməyilə e-dövlət xidmətlərindən vətəndaş məmnuniyyətinin ölçülməsi” (Measuring citizen satisfaction with e-government services by using sentiment analysis technology) adlı məqaləsi “International Journal of Electronic Governance” jurnalında dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə e-dövlət xidmətlərindən vətəndaş məmnuniyyətinin qiymətləndirilməsi və bu qurumların cəmiyyətdə reytinqinin təyini üçün metod təklif olunub.
Jurnal “Scopus”, “Inspec”, “Academic OneFile (Gale)”, “Google Scholar” və digər beynəlxalq elmi bazalarda indeksləşir və referatlaşır.
Məqalə Azərbaycan Elm Fondunun maliyyə dəstəyilə Azərbaycan-Rusiya beynəlxalq qrant layihəsi çərçivəsində yerinə yetirilib.

Elm və təhsil 2023-03-28 12:00:00