“Gəncə” basketbol üzrə Azərbaycan Kubokunun qalibidir
Bakı, 26 mart, AZƏRTAC
Martın 26-da Sərhədçi İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun final qarşılaşması baş tutub.
AZƏRTAC xəbər verir ki, "Gəncə" və "NTD" komandalarının üz-üzə gəldiyi final oyununa gəncəlilər üstün başlayıblar. Lakin oyunun ikinci hissəsində 20 xal fərqindən geri dönüş edən "NTD" komandası oyunu əlavə vaxta aparsa da, əlavə vaxtda "Gəncə" 100-89 hesablı qələbə qazanaraq kubokun qalibi olub. Finalın ən dəyərli basketbolçusu "Gəncə" komandasının oyun qurucusu Kollin Törner seçilib.
Ən məhsuldar basketbolçular: "Gəncə BK" (Kollin Törner - 38 xal, 13 ribaund ), "NTD BK" (Zak Hadson - 20 xal, 8 ribaund).
Mükafatlandırma mərasimində gənclər və idman nazirinin müavini xanım Mariana Vasileva və basketbol federasiyasının rəyasət heyətinin üzvləri Bəxtiyar Aslanbəyli, Simuzər Feyzullayeva, Elnur Əliyev və Vilayət Vəliyevdə iştirak ediblər. Kuboku "Gəncə" komandasının kapitanı Amil Həmzəyevə xanım Mariana Vasileva təqdim edib.
“Şamaxı” Azərbaycan Premyer Liqasını tərk edib
Türkiyəli mütəxəssis Şirvanda yeniyetmə voleybolçularımızın yarışını izləyib
Taekvondo üzrə dünya çempionatına həsr olunmuş konsert olub
Azərbaycan Premyer Liqasında 36-cı turun son iki görüşünün təyinatları müəyyənləşib
“Qəbələ” tarixində səkkizinci dəfə avrokuboklara vəsiqə qazanıb